"Sabah"da yeni anlaşma - RƏSMİ
Azərbaycanı FİBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, ölkə çempionu Hassani Qravettlə anlaşıb. ABŞ-dən olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.
O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən "Orlando Mecik"in heyətində 8 matça çıxıb.
Son mövsümü Polşanın "Şlask" klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub.
"Sabah" buna qədər Andrey Voynaloviç və Klavs Cavarsı da heyətinə qatıb.