ABL-də 15-ci tur: "Xəzri" növbəti qələbə ilə liderliyini qoruyub

ABL-də 15-ci tur: "Xəzri" növbəti qələbə ilə liderliyini qoruyub

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, "NTD-İndiqo" Xaçmaz Olimpiya İdman Kompleksində "Sərhədçi"ni qəbul edib.

Gərgin keçən matç birincilərin qələbəsilə yekunlaşıb - 84:74.

Ən məhsuldar basketbolçular "NTD-İndiqo"dan Qriffin Remmi (22 xal, 11 asist), "Sərhədçi"dən Tarık Vudi (23 xal, 11 ribaund) olublar.

"Sərhədçi" İdman Mərkəzində isə "Xırdalan"la lider "Xəzri" üz-üzə gəlib.

108:82 hesablı qələbə qazanan "Xəzri" birinci pillədə mövqeyini qoruyub.

Ən məhsuldar basketbolçular "Xırdalan"dan Zeyver Bryüer (28 xal, 6 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (22 xal, 11 ribaund) olublar.