"Neftçi" və "Qəbələ" bugünkü oyunlara itkilərlə çıxacaq

"Neftçi" və "Qəbələ" bugünkü oyunlara itkilərlə çıxacaq

"Qəbələ" Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Zirə"nin qonağə olacaq.

Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar"ın heyətində 4 itki var.

Asif Məmmədov, Ülvi İsgəndərov, Ahmed Ayzaya və İlkin Qırtımov qəsəbə təmsilçisi ilə görüşü buraxacaq.

"Sumqayıt"ı qəbul edəcək "Neftçi" də matça itki ilə çıxacaq.

Bərpa prosesini davam etdirən Emil Balayev və dizində yaranan zədəyə görə məşqlərdən azad olunan Ataa Caber bu gün "ağ-qaralar"a kömək edə bilməyəcəklər.