"Neftçi"nin futbolçuları "Turan Tovuz"a yollanıblar - RƏSMİ

"Neftçi"nin futbolçuları "Turan Tovuz"a yollanıblar - RƏSMİ

"Turan Tovuz" heyətinə daha iki oyunçu ilə gücləndirib.

Bu barədə Mediasport.az saytına qərb klubunun mətbuat xidmətindən məlumat verilib.

Komanda "Neftçi"dən müdafiəçi İsmayıl Zülfüqarlı və yarımmüdafiəçi Fərid Yusifli icarəyə götürüb. Hər iki futbolçu mövsümün sonuna qədər Tovuz klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, Ayxan Abbasovun komandası qış fasiləsində braziliyalı hücumçu Aleks De Souzanı da transfer edib.