Orxan Əliyev son 5 ildə bunu bacaran üçüncü futbolçu oldu
Azərbaycan Premyer Liqasının 13-cü turunun "Sabah" - "Kəpəz" oyununda (2:2) "sarı-göylər"in üzvü Orxan Əliyev həm rəqib, həm də öz qapısına qol vurub.
Mediasport.az xəbər verir ki, ölkə çempionatında sonuncu dəfə belə hadisə 2023-cü il mayın 2-də baş tutan "Neftçi" - "Qarabağ" matçında (2:4) qeydə alınmışdı.
Həmin qarşılaşmada paytaxt təmsilçisinin futbolçusu Mateus Saldanya 40-cı dəqiqdə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına qol vurmuşdu.
Son 5 ildə 3-cü dəfə belə hadisə yaşanıb. Saldanya və Əliyevdən öncə Klesio Bauk "fərqlənib". O, 2020-ci il noyabrın 22-də "Zirə" - "Keşlə" (indiki "Şamaxı") görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqola üzülüb, əsas vaxtın sonuna əlavə edilən 5-ci dəqiqədə qonaqları məyus edib.