"Sabah", "Zirə" və "Sumqayıt" avrokuboklarda - YENİLƏNDİ

"Sabah", "Zirə" və "Sumqayıt" avrokuboklarda - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün sonuncu turu start götürüb.

Mediasport.az xəbər verir ki, 36-cı turun avrokuboklara vəsiqə baxımından böyük əhəmiyyət kəsb edən hər üç qarşılaşması eyni saatda başlanıb.

"Sabah", "Zirə" və "Sumqayıt" qələbələr sayəsində avrokuboklarda iştirak hüququ qazanıb, "Neftçi" isə 5-ci yeri tutub.

"Zirə" Azərbaycan Kubokunun "Qarabağ"la final oyununun nəticəsindən asılı olmayaraq, Avropa Liqasında, "Sabah" və "Sumqayıt" Konfrans Liqasında çıxış edəcək.

Mövsümə sabah baş tutacaq iki matçla yekun vurulacaq.


Azərbaycan Premyer Liqası. 36-cı tur


25 may (şənbə)

“Zirə” - “Səbail” 1:0

Qol: Qismət Alıyev, 57

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Zirə İdman Kompleksinin stadionu, 19:00


“Neftçi” - “Sabah” 0:1

Qol: Namiq Ələskərov, 86.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Azər Əsgərov

“Neftçi Arena”, 19:00


“Sumqayıt” - “Qəbələ” 1:0

Qol: Erik Sorqa, 53.

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Seymur Səlimli

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00


26 may (bazar)

“Turan Tovuz” -  "Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Tovuz şəhər stadionu, 17:00


“Araz-Naxçıvan” - “Qarabağ”

Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Azersun Arena”, 19:30


1 Qarabağ 35 26 4 5 95-35 82
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 35 12 9 14 52-53 45
7 Səbail 36 11 9 16 50-60 42
8 Kəpəz 35 9 8 18 39-66 35
9 Araz-Naxçıvan 35 9 8 18 29-48 35
10 Qəbələ 36 7 5 24 30-64 26



Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 19 qol

Aleksandr Ramalinqom ("Səbail") - 15 qol

Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 12 qol