"Qarabağ" rəsmisindən Kadinin qayıdışı ilə bağlı AÇIQLAMA

"Qarabağ" rəsmisindən Kadinin qayıdışı ilə bağlı AÇIQLAMA

"Hazırda Suraxanıda yerləşən bazamızda qrafikə uyğun olaraq təlim-məşq toplanışımız davam edir. Komandanın üzvləri kompakt şəkildə məşq prosesinə qatılırlar. Heyətdə zədəli futbolçu yoxdur".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

"Köhlən atlar"ın rəsmisi Azərbaycanda və Avstriyada yoldaşlıq görüşləri keçirəcəklərini, lakin rəqiblərin kimliyinin hələ məlum olmadığını söyləyib:

"Toplanışın ilkin mərhələsində Bakıda bir oyun keçirəcəyik. Matçın iyulun 3-də baş tutması gözlənilir. Rəqib qarşıdakı günlərdə müəyyənləşəcək. Xaricdə keçirəcəyimiz yoldaşlıq görüşləri ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Həmin rəqiblərimiz də qısa müddətdə bilinəcək",

A.Hacıyev sabiq futbolçuları Kadi Borgesin Avstriya toplanşışında "Qarabağ"a geri qayıdacağı ilə bağlı yayılan xəbərlər belə reaksiya verib:

"Kadi Borges məsələsi ilə bağlı heç bir şey dəqiqləşməyib. Ona görə konkret fikir bildirmək çətindir. İndi bu haqda nəsə demək tezdir".

Rövşən Əlisoy