Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək.
Mediasport.az xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Turnir 14-15 sentyabrda Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində baş tutacaq.
Çempionatın təşkilində məqsəd yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.