Yığmamız Estoniya ilə bu stadionda qarşılaşacaq - Avropa çempionatı

Yığmamız Estoniya ilə bu stadionda qarşılaşacaq - Avropa çempionatı

Futbol üzrə Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

mediasport.az xəbər verir ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma paytaxt Tallinndəki “Le Kok Arena”da təşkil olunacaq.

Matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, seçmə mərhələdə 3 görüşə çıxmış Canni De Byazili yığma komandamızın aktivində 1 xal var. Bakıda estonlarla 1:1 hesablı heç-heçə oynayan futbolçularımız əvvəlki iki dueldə müvafiq olaraq Avstriya və İsveçə uduzublar - 1:4, 0:5.