Azərbaycan klubundan ayrıldı, Niderlandda oynayacaq - RƏSMİ

Azərbaycan klubundan ayrıldı, Niderlandda oynayacaq - RƏSMİ

“Səbail”dən ayrılan Anas Najahın yeni klubu məlum olub.

Mediasport.az xəbər verir ki, yarımmüdafiəçi yenidən Niderlandda oynayacaq.

26 yaşlı niderlandlı “De Qraafşap”la iki illik müqavilə bağlayıb.

Xatırladaq ki, Najah ötən mövsümün əvvəlində Bayıl klubuna Niderlandın başqa bir klubu "Telstar"dan gəlmişdi.

Azərbaycanda 34 rəsmi matç keçirmiş futbolçu vətənində “Valveyk”də də forma geyinib.