"Qarabağ"ın mükafatlandırılacağı oyun, tarix və stadion açıqlanıb

"Qarabağ"ın mükafatlandırılacağı oyun, tarix və stadion açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün qalibi "Qarabağ"ın mükafatlandırılacağı vaxt açıqlanıb.

Mediasport.az xəbər verir ki, tədbir Premyer Liqanın 36-cı turu çərçivəsində baş tutacaq “Araz-Naxçıvan” - “Qarabağ” oyunundan sonra təşkil ediləcək.

Mayın 26-da "Azərsun Arena"da keçiriləcək matçdan Ağdam təmsilçisinə medallar və çempionluq kuboku, həmçinin turnirin bombardirinə mükafatlar təqdim olunacaq.

Xatırladaq ki, görüş “Liv Bona Dea Arena”da keçirilməli idi. Lakin Peşəkar Futbol Liqasının bu gün yaydığı məlumatda oyunun stadionunun dəyişdirildiyi bildirilib.

Azərbaycan Kubokunun final qarşılaşması ilə bağlı “Liv Bona Dea Arena”da aparılan işlər və Premyer Liqanın 2023/24-cü illər mövsümünün mükafatlandırma mərasimi ilə əlaqədar olaraq “Araz Naxçıvan”  - “Qarabağ” görüşü “Azersun Arena”da oynanılacaq.

Matç saat 19:30-da başlanacaq.