"Neftçi"də YENİ KAPİTAN - Samir Abasovdan tam fərqli seçim

"Neftçi"də YENİ KAPİTAN - Samir Abasovdan tam fərqli seçim

“Neftçi” bu gün yeni baş məşqçisinin rəhbərliyi altında ilk matçına çıxacaq.

Mediasport.az xəbər verir ki, bu posta gətirilən Samir Abasov komandanın kapitanını dəyişib.

“Ağ-qaralar”ı bu gün meydana kapitanlıq sarğısı ilə Rza Cəfərov çıxaracaq.

Xatırladaq ki, əvvəlki baş məşqçi Roman Qriqorçukun göstərişi ilə əsas kapitanlıq Emin Mahmudovdan Ramil Şeydayevə keçmiş, Yuri Matiasla Robert Bauer isə vitse-kapitanlar təyin edilmişdilər.

Oyun saat 18:00-da başlanacaq.