"Sumqayıt"ın ayağı sınan futbolçusu məşqlərə 4 ay sonra başlayacaq

"Sumqayıt"ın ayağı sınan futbolçusu məşqlərə 4 ay sonra başlayacaq

"Sumqayıt"ın futbolçusu Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.

Mediasport.az xəbər verir ki, cinah oyunçusunun ayağı 14 gün müddətində gipsdə olacaq.

Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.

Kristian 3-4 ay sonra məşqlərə başlaya biləcək. 

Velinovski dünən "Lerik"lə kubok oyununda (6:0) ağır zədə alıb.