"Bayer"lə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı məlumdur

"Bayer"lə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı məlumdur

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Bayer"ün qonağı olacaq "Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşib.

Bu barədə Mediasport.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Ölkə çempionu martın 12-də, saat 18:15-də Kölnə, oradan Leverkuzenə yollanacaq.

Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 17:30-da komandanın açıq məşqçi olacaq.

Qeyd edək ki, matç martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Komandaların ötən həftə Bakıda baş tutan duelində qalib müəyyənləşməyib - 2:2.