"Oyunlara baxdıqda görürük ki, həqiqətən xal qazanmaq çətindir"
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində Tovuzda "Qəbələ" ilə 2:2 bərabərə qalıb.
Mediasport.az xəbər verir ki, qərb klubunun baş məşqçisi Ayxan Abbasov matç haqqında fikirlərini bölüşüb.
Gənc mütəxəssis görüşün gərgin keçəcəyini bildiklərini deyib:
“Hər iki komandaya xal lazım idi, hər iki komanda uduzmaq istəmirdi. Həqiqətən meydançada da bunu görmək olurdu. Böyük üstünlük əldə etdik. Təəssüf ki, futbolçularımda qısa bir müddət konsentrasiya aşağı düşdü. Nəticədə qol buraxdıq. İkinci qol da 11 metrlik zərbədən oldu. Deyərdim ki, oyunun qəhrəmanı rəqibin qapıçısı idi.
Sevindirici məqam odur ki, futbolçular istədiklərimizi meydanda edə bilirlər. Xeyli qol epizodumuz oldu. Davam etmək lazımdır. Çempionatda hər xal önəmlidir. Oyunlara baxdıqda görürük ki, həqiqətən xal qazanmaq çətindir. 1 xal qazandıq. Qismət. Yolumuza davam edirik”