"Qarabağ" bu yay ikinci legioner transferini də rəsmiləşdirdi
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” yay fasiləsində ikinci legioner transferini rəsmiləşdirib.
MediaSport.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini açıqlayıb.
27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Çaves” klubundan transfer olunub. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Juninyo "Qarabağ"da 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Qarabağ” onadək “Zirə”dən fransalı vinger Hamidu Keytanı transfer edib.