"Qarabağ"ın səfər sınağı bu ticarət mərkəzində CANLI yayımlanacaq

"Qarabağ"ın səfər sınağı bu ticarət mərkəzində CANLI yayımlanacaq

Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın "Braqa" klubu ilə keçirəcəyi səfər matçı böyük ekranda yayımlanacaq.

Mediasport.az xəbər verir ki, fevralın 15-i saat 00:00-da start götürəcək oyun qonaqlara 28 MALL ticarət mərkəzində yerləşən kino zallarından birində təqdim olunacaq.

Dəvətlilər arasında AFFA, PFL rəsmiləri, futbol veteranları, Premyer Liqa, 1-ci və 2-ci Liqa klublarının rəsmiləri, idman mediasının əməkdaşları və bir çox xüsusi qonaqlar yer alacaqlar.