Zaur Hacıyev Türkiyə klubunun 1/16 final oyununu idarə edəcək

  Zaur Hacıyev Türkiyə klubunun 1/16 final oyununu idarə edəcək

Azərbaycanlı voleybol hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən beynəlxalq təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, qadın voleybolçular arasında CEV kubokunun 1/16 finalında mübarizə aparan Türkiyənin "THY İstanbul" və Monteneqronun "OK HERCEG NOVI" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Noyabrın 13-də Türkiyədə keçiriləcək oyunun digər hakimi çexiyalı Roman Marşner olacaq.