Bakıda dan imtahanı keçirildi

  Bakıda dan imtahanı keçirildi

Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfindən dan imtahanı keçirilib.

Mediasport.az xəbər verir ki, imtahana 43 (26-i 1-ci, 17-i 2-ci dan) məşqçi və idmançı qatılıb.

Tədbirdə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, federasiyanın texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol, koreyalı mütəxəssis Ji Hyum Yeom və beynəlxalq dərəcəli referi Aygül Abdullayeva da iştirak ediblər.