"Qarabağ"la qarşılaşmada məqsədimiz xal qazanmaqdır"
"Bizi asan oyun gözləmir. Rəqibimiz güclüdür. Buna baxmayaraq, onlara qarşı səylə hazırlaşırıq. Məqsədimiz xal qazanmaqdır".
Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"İn mətbuat xidmətinə açıqlamasında yarımmüdafiəçi Mate Kvirkvia deyib.
Gürcü yarımmüdafiəçi sabah Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyunla bağlı düşüncələrini bölüşüb.
O, məqsədlərinin xal qazanmaq olduğunu deyib:
"Bizi gərgin mübarizənin gözlədiyini yaxşı dərk edirik. Çempionatda yaranan fasilədən yaxşı yararlanmağa çalışdıq. Bu mövsüm "Qarabağ"la üç dəfə qarşılaşmışıq. İstədiyimiz nəticələr olmayıb. Bu dəfə fərqli çıxış etmək istəyirik. Son oyundan daha yaxşı oynamalıyıq. Bəzən yaxşı, bəzən pis nəticə göstərə bilərsən. Amma mən hər gün daha yaxşı olmağa çalışıram.
"Kəpəz" mənim üçün böyük klubdur. Buna görə də istəyim böyükdür. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizi dəstəksiz qoymurlar. Sonuncu dövrəyə başlayırıq. Dəstək həmişəkidən daha çox lazım olacaq. Birlikdə güclü olacağıq".
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.