Kilan Lebon Millətlər Liqasında
“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon növbəti dəfə Sent Martin millisinə dəvət olunub.
Mediasport.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı vinger yığmanın heyətində oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.
Qeyd edək ki, Lebon 2023-cü ildən çağırıldığı Sent Martin yığmasının heyətində 2 oyun keçirib.