Dünya birinciliyi: Azərbaycanlı atlet İspaniyada doqquzuncu yeri tutdu

  Dünya birinciliyi: Azərbaycanlı atlet İspaniyada doqquzuncu yeri tutdu

İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi davam edir. 

Mediasport.az xəbər verir ki, yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edir.

Azərbaycan yığmasının üzvü Ravin Alməmmədov (81 kq) ümumilikdə 326 kq (145+181) nəticə ilə 9-cu yeri tutub.