Federasiyanın vitse-prezidenti EWF-in Xüsusi Konqresinə qatıldı

 Federasiyanın vitse-prezidenti EWF-in Xüsusi Konqresinə qatıldı

Polşanın Varşava şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresi keçirilib.

Mediasport.az xəbər verir ki, konqresdə ölkəmizi Azərbaycan Ağırlıqqaldırma Federasiyasını vitse-prezident Firdovsi Umudov təmsil edib.

Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) prezidenti Antonio Konflitti qonaqları salamlayıb və konqresin proqramı ilə bağlı iştirakçılara məlumat verib.

Daha sonra sabah start götürəcək Avropa birinciliyinin texniki və hakim heyəti səsvermə yolu ilə təsdiqlənib.

Konqresin gündəliyinə əsasən EWF-in yeni loqosu səsvermə yolu ilə təsdiqlənib.

İclasın sonunda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının xüsusi hədiyyəsi 55 illiyini qeyd edən Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflittiyə təqdim edilib.