"Qəbələ"nin legioneri 50-yə çatdı
İsnik Alimi “Qəbələ”də 50-ci oyununu keçirib.
mediasport.az xəbər verir ki, Şimali makedoniyalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 15-ci turunun “Sumqayıt”la səfərdəki matçına təsadüf edib.
1:1 hesabı ilə nəticələnən qarşılaşmada hesabı da İsnik açıb. Bu onun şimal klubunda 17-ci qolu olub. Alimi Premyer Liqada 42 (14 qol), Azərbaycan kubokunda 6 (3 qol), avrokuboklarda 2 dəfə “qırmızı-qaralar”ın heyətində şans qazanıb.
Yarımmüdafiəçinin komandamızda debütü 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfərdəki çempionat görüşünə (2:2) təsadüf edib. O, “Qəbələ”nin tarixində 50 və daha çox oyun keçirən 53-cü futbolçudur.