"Sabah"a təlim keçən bu xanım kimdir? - FOTO
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Sabah" üçün antidopinq seminarı təşkil edib.
MediaSport.az xəbər verir ki, təlimdə klubun futbolçuları iştirak ediblər, idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.
Seminar iştirakçıları seminardan öncə pre-test və seminardan sonrakı test vasitəsilə antidopinq sahəsində öz biliklərini yoxlayıblar.