İki idmançımız İspaniyada Dünya Kuboku seriyasının qalibi oldu
Azərbaycanlı bodibilderlər Aşur Abdullayev və Elnur Allahyarov İspaniyada Dünya Kuboku seriyasının qalibi olublar.
Mediasport.az xəbər verir ki, idmançılarımız Santa Susanna şəhərində keçirilən reytinq turnirində fəxri kürsünün zirvəsində yer alıblar.
Abdullayev "Men’s physique" (çimərlik bodibildinqi) yarışında bütün rəqiblərini qabaqlay, Elnur Allahyarov isə bodibildinqdə mütləq çempion adını qazanıb.
Digər təmsilçimizlərimiz Kamil Əliyev "Men’s physique"də gümüş, Vüqar Verdiyev bodibildinqdə, Seynur Əliyev isə klassik bodibildinqdə bürünc mükafat əldə edib.