Xatirə turnirində İslam Bazarqanov ikinci, iki güləşçimiz üçüncü oldu
Dağıstanda sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turniri keçirilib.
Mediasport.az xəbər verir ki, yığmamız məşqçi Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb və 3 idmançımız medal qazanıb.
İslam Bazarqanov (57 kq) 2-ci, Timur Gülmaqomedovla (86 kq) Aslan Abakarov (97 kq) 3-cü olub.