Şahin Diniyev qərar verdi: Bu 4 futbolçu da "Səbail"dən göndərilir
Futbol üzrə Azərbaycan Premyer Liqasında qalmağı təmin edən "Səbail" rəhbərliyi heyətdə "təmizləmə əməliyyatı"na start verib.
mediasport.az xəbər verir ki, Bayıl təmsilçisi 3 futbolçusu ilə yollarını ayırıb.
Qustavo de Fransa, Luvaqa Kizito və Qoba Zakpa ilə başa çatan müqavilələr yenilənməyib.
"Dənizçilər" daha 4 futbolçu ilə vidalaşmağı planlaşdırırlar. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Şahin Diniyev ukraynalı yarımmüdafiəçi Maksim Çex, o cümlədən müdafiəçilərdən Cabir Əmirli, Vüqar Həsənov və Mirəli Əhmədovu sərəncamında görmək istəmir.