"Məncə, Azərbaycanın milli futbol komandası heç bir beynəlxalq yarışa buraxılmamalıdır"

"Məncə, Azərbaycanın milli futbol komandası heç bir beynəlxalq yarışa buraxılmamalıdır"

Sabiq millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan yığmasının dünənki acı məğlubiyyətinə biganə qalmayıb.

Mediasport.az xəbər verir ki, xalq şairi sosial şəbəkə hesabında paylaşım edib:

“Məncə, Azərbaycanın milli futbol komandası heç bir beynəlxalq yarışa buraxılmamalıdır. Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar…”

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının son turu çərçivəsində səfərdə İsveç millisinə 0:6 hesabı ilə məğlub olub.