"Turan Tovuz"un rəhbəri çempion komanda ilə görüşüb - FOTOLAR

"Turan Tovuz"un rəhbəri çempion komanda ilə görüşüb - FOTOLAR

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Gəncə şəhərində Azərbaycan Respublikasının əməkdar futbol məşqçisi Konstantin Abramenkonun 100 illik yubileyinə həsr olunmuş turnirin qalibi olan qərb təmsilçisinin U-10 komandasının üzvləri ilə görüşüb.

Mediasport.az xəbər verir ki, məşqçi və futbolçu heyətinə medal və Fəxri fərmanlar təqdim edən klub rəhbəri onlara uğurlar arzu edib.