"Səbail"in üzvü 200-ə çatıb
“Səbail”in müdafiəçisi Adil Nağıyev Azərbaycan çempionatları tarixində 200-cü oyununu keçirib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı futbolçu bu göstəriciyə Premyer Liqasın 24-cü turunda “Sabah”la ev görüşündə (2:0) nail olub.
Bayıl klubunun Müşahidə Şurasının üzvü Əbdül Qəni Nurməmmədov Nağıyevi bu münasibətlə təbrik edərək ona üzərində 200 yazılmış rəmzi forma hədiyyə verib.
Qeyd edək ki, Premyer Liqada debütü 2015/16 mövsümünə təsadüf edən müdafiəçi "dənizçilər"in heyətində ümumilikdə 88 qarşılaşmada meydana çıxıb.
O, karyerası ərzində “Zirə” (83) “Sumqayıt” (12) və “Şamaxı” (17) klublarının da formasını geyinib.
Nağıyev, həmçinin, ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.