"Sumqayıt" və "Səbail" Rumıniya klubları ilə üz-üzə - Antalya sınağı

"Sumqayıt" və "Səbail" Rumıniya klubları ilə üz-üzə - Antalya sınağı

Premyer Liqa klublarından "Sumqayıt" və "Səbail" bu gün ilk yoxlama matçlarına çıxacaqlar.

Mediasport.az xəbər verir ki, mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyədə davam etdirən Azərbaycan təmsilçiləri Rumıniya klubları ilə qarşılaşacaq.

"Gənclik şəhəri" təmsilçisi Bakı vaxtı ilə saat 17:00-da "Hermanştadt"la gücünü sınayacaq.

Şahin Diniyevin çalışdırdığı Bayıl klubu isə 18:00-da "Universitatya Kluj"la görüşəcək.

Xatırladaq ki, "dənizçilər" növbəti yoxlama oyununu yanvarın 15-də Rusiyanın "Fakel", Sumqayıt klubu isə yanvarın 16-də Özbəkistanın "Soqdiana" kollektivinə qarşı keçirəcək.