Serbiyalı məşqçi bölgə klubu ilə 3 illik müqavilə bağladı - RƏSMİ

Serbiyalı məşqçi bölgə klubu ilə 3 illik müqavilə bağladı - RƏSMİ

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

Mediasport.az xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Çxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı funksiyasını yerinə yetirəcək.

Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb.

Əvvəllər də Çxadadze ilə birlikdə işləmiş mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.