Bölgə klubu İran millisinin sabiq üzvü ilə müqavilə bağladı - FOTO

Bölgə klubu İran millisinin sabiq üzvü ilə müqavilə bağladı - FOTO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında işləri qaydasında gedən "Karvan" heyətinə daha bir legioner cəlb edib.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi iranlı müdafiəçi Arif Məhəmmədəlipurla müqavilə bağlayıb.

23 yaşlı müdafiəçi ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.

O, ölkəsinin U-21 və U-23 milli komandalarında forma geyinib, son klubu vətənində “Havadar” olub.

Qeyd edək ki, Aran təmsilçisi çempionatda geridə qalan 4 turdan sonra maksimum nəticə ilə liderdir.