"Qəbələ" Konqo millisinin 21 yaşlı vingeri ilə 1 illik müqavilə bağladı
“Qəbələ” heyətinə yeni legioner cəlb edib.
Mediasport.az xəbər verir ki, 1-ci Liqada yarışacaq bölgə təmsilçisi Konqo millisinin yarımmüdafiəçisi Domi Jaure Massumo ilə 2 illik müqavilə bağlayıb.
21 yaşlı futbolçu bunadək vətənində “Otoho" və “Daybls Noyrs” klublarında forma geyinib.
2023-cü ildən dəvət aldığı yığmasının heyətində 3 matç keçirmiş Massumo əvvəlki klubları ilə iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb.