Qasımzadə və Mikayılova dünya üçüncüsü oldu, Nəzərov finala çıxdı

Qasımzadə və Mikayılova dünya üçüncüsü oldu, Nəzərov finala çıxdı

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

Mediasport.az xəbər verir ki, 48 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.

Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb. Bilalhəbaşi sabah finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.

Məhəmmədəli Qasımzadə (60 kq)  yarımfinalda Platon Kozlova (Rusiya) 0:5 hesabı ilə məğlub olub və bürünc medal qazanıb.

Aynur Mikayılova (57 kq) da dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə uduzub.

Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.

Qeyd edək ki, bu gün daha 2 boksçumuz yarımfinal görüşünə çıxacaq.