AFFA rəsmiləri Saatlıda

AFFA rəsmiləri Saatlıda

AFFA-nın Klubların lisenziyalaşdırılması departamentinin əməkdaşları Saatlıda səfərdə olublar.

Mediasport.az xəbər verir ki, qurum nümayəndələri 1-ci Liqa təmsilçisi "Araz-Saatlı" rəsmiləri ilə görüş keçiriblər.

Görüş zamanı 2024/2025-ci illər mövsümü üçün lisenziyalaşdırma qaydaları müzakirə edilib. 

Tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, tələb olunan sənədlərin vaxtında təqdim edilməsinin vacibliyi vurğulanıb. 

Qonaqlar klubun ev oyunlarını keçirdiyi Saatlı Olimpiya İdman Kompleksinin infrastrukturu ilə yaxından tanış olublar.