Ağcabədidə UEFA-nın da dəstəyi ilə "D" kateqoriyalı kurslar davam edir

  Ağcabədidə UEFA-nın da dəstəyi ilə "D" kateqoriyalı kurslar davam edir

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə "D" kateqoriyalı məşqçi kurslarına start verilib.

Mediasport.az xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən və 3 gün davam edəcək kursa 20 nəfər cəlb olunub

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında informasiya ötürüb.

Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.