Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 ili tamam olur
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 ili tamam olur.
Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi, sözsüz ki, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmamışdı.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Ovaxtkı hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyulub. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub, ilk nazir Xosrov bəy Sultanov təyin edilib. Sonra – dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olunublar.
Müasir Milli ordunun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlanılıb.Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra pərakəndə fəaliyyət göstərən silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verib.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar və çoxşaxəli atılıb. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordularından birinə çevrilib.
2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı, komando bölmələri yaradılır. 2021-ci il dekabrın 24-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında çıxış edərək Komando Briqadasının yaradılmasının əhəmiyyətindən danışıb.
Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun onurğa sütunu sayılan Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri - Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı iləyaradılıb. Vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıq şəraitində formalaşdırılıb.
MediaSport.az