İdmançılarla bağlı mühüm vergi qərarı qüvvəyə minib
Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq arenalarda uğur qazanan idmançılarla bağlı bir neçə ay əvvəl imzaladığı mühüm Fərman yanvarın 1-dən qüvvəyə minib.
Mediasport.az xəbər verir ki, yeni ilin ilk günündən etibarən beynəlxalq idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) üçün vergi güzəştinin tətbiqinə start verilib.
Belə ki, Prezidentin bununla əlaqədar verdiyi qərar Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri gəlir vergisindən azad edilib.