Yığma komandamız ilk dəfə DÇ-nin seçmə mərhələsində iştirak edəcək

Yığma komandamız ilk dəfə DÇ-nin seçmə mərhələsində iştirak edəcək

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci il Qətərdə keçiriləcək Dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək.

MediaSport.az xəbər verir ki, ilk matçlar 2024-cü il 19-27 fevral, 18-26 noyabr və 2025 -ci il 17-25 fevralda keçiriləcək.

Tarixində ilk dəfə seçmə mərhələ yarışlarına qatılacaq yığmamız ikinci mərhələyə adlasa, mübarizəni 2025-ci ilin iyununda da davam etdirəcək.

Seçmə mərhələnin püşkatma mərasimi avqustun 8-də Almaniyanın Münhen şəhərində keçiriləcək.