"Sabah" üçün daha bir rəqib

"Sabah" üçün daha bir rəqib

Basketbol üzrə FİBA Avropa kubokunun qrup mərhələsində mübarizə aparacaq “Sabah”ın daha bir rəqibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu, “Peja” (Kosovo) - “Marussi” (Yunanıstan) klubları arasında cavab qarşılaşması ilə məlum olub.

Kosovoda keçirilən görüş yunanların qələbəsilə yekunlaşıb - 106:81.

Yunanıstan klubu ilk matçda da 98:75 hesablı qələbə qazandığından mərhələyə adlayıb və Azərbaycan çempionunun rəqibi olub.

Xatırladaq ki, təmsilçimizin digər rəqibi İsveçin “Nörçöppinq Delfins” klubudur.