Yığma komandamız Avropa çempionatında yarimfinala yüksəldi

Yığma komandamız Avropa çempionatında yarimfinala yüksəldi

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala çıxıb.

MediaSport.az xəbər verir ki, yığmamız B qrupunda son oyunda San Marino seçməsi üzərində 96:47 hesablı qələbə qazanıb.

Qrupdan lider kimi çıxan basketbolçularımız finala gedən yolda Kosovo-Andorra cütünün məğlubu ilə qarşılaşacaq.

Görüş iyulun 26-da Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.