Millimiz Polşaya məğlub oldu

  Millimiz Polşaya məğlub oldu

Azərbaycanın qadın basketbolçulardan ibarət yığma komandası AVRO-2025-in seçmə qrup mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Mediasport.az xəbər verir ki, Evrən Alkayanın baş məşqçisi olduğu komandamız səfərdə Polşaya uduzub (51:105).

Görüşü Coş Boue (Böyük Britaniya), Kristina Simanoviç (Latviya) və Mariya Siriç (Serbiya) idarə ediblər.

Xatırladaq ki, millimiz qrupun ilk iki duelində Litva (63:99) və Belçika (28:136) yığmalarına məğlub olub.