Yığmamızın üzvləri İtaliyadakı Dünya Kubokunda iştirak edəcəklər

Yığmamızın üzvləri İtaliyadakı Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət yığma komandası İtaliyanın Milan şəhərində keçirilən Dünya Kubokunda iştirak edəcəklər.

MediaSport.az xəbər verir ki, yarışda böyüklərdən ibarət yığma komandamızın üzvləri fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Kamilla Seyidzadə, Leyli Ağazadə, qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri - Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva medal qazanmağa çalışacaqlar.