Azərbaycan milli komandası beynəlxalq turnirdə 3-cü olub

  Azərbaycan milli komandası beynəlxalq turnirdə 3-cü olub

Bədii gimnastika üzrə Estoniyada keçirilən "Tallinn Open" beynəlxalq turnirində Azərbaycan millisi 3-cü olub.

Mediasport.az xəbər verir ki, yığma böyüklər və gənclər arasında bunu bacarıb.

Böyüklər - İlona Zeynalova, Alina Məmmədova və Mədinə Dəmirova, gənclər - Şəms Ağahüseynova, İlahə Bahadirova, Gövhər İbrahimova və Fidan Qurbanlı komanda hesabında üçüncü yeri tutub.