AÇ-2024 Bakıda keçiriləcək

AÇ-2024 Bakıda keçiriləcək

2024-cü ildə 16-19 oktyabr tarixlərində gimnastikanın "TeamGym" növü üzrə Avropa çempionatı Bakıda keçiriləcək.

mediasport.az xəbər verir ki, bu barədə Avropa Gimnastikasının (EG) rəsmi saytı xəbər yayıb.

Qitə birinciliyi Milli Gimnastika Arenasında təşkil olunacaq.

"TeamGym" Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növüdür. Buraya 3 alət üzərində çıxışlar daxildir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (kiçik batut).

Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.

“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).