23 yaşlı malili forvard Azərbaycan Premyer Liqasına üz tutdu - RƏSMİ
Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Mediasport.az xəbər verir ki, Gəncə klubu hücumçu Lassana Ndiaye ilə müqavilə bağlayıb.
Malili futbolçu ilə anlaşmanın müddəti "1+1" illikdir.
23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada top qovub.
Onun legioner karyerası MOİK-lə (Moskva) başlayıb, son klubu "Botev" (Vratsa, Bolqarıstan) olub.
Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.