"Baş hakim vurduğum bir qolu saymadı" - "Sabah"ın mərakeşlisi

"Baş hakim vurduğum bir qolu saymadı" - "Sabah"ın mərakeşlisi

"Sabah" futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda "Səbail"i 4:0 hesabı ilə məğlub edib.

Mediasport.az xəbər verir ki, Masazır klubunun mərakeşli müdafiəçi Sofian Çakla oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.


Qarşılaşma haqqında fikirlərin maraqlıdır.

- Oyun yaxşı keçdi, "Səbail" sona qədər mübarizə apardı. Biz də bacardığımızı etdik və sevinirəm ki, yekunda qələbə qazandıq.

"Sabah"da ilk qollarını vurdun. Təəssüratların necədir?

- Əlbəttə ki, qollar vurub komandama kömək etdiyim üçün çox şadam. Gələcəkdə çalışacam ki, daha çox qol vurum.

Matç başa çatan kimi topu özünlə götürdün.

- Baş hakim vurduğum bir qolu saymadı. Bunu ona eyham vurmaq üçün etdim (gülür).

Son oyunlarda qol buraxmadan qalib gəlirsiz.

- Bəli, istəyirik bunun davamını gətirək. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Növbəti tur "Araz-Naxçıvan"ın qonağı olacaqsız.

- "Araz-Naxçıvan" yaxşı kollektivdir. Bu matça xüsusi konsentrasiya olmalıyıq. Bu görüşdə də qələbə qazanmağa çalışacağıq.