Paralimpiya komandası Fəxri xiyaban və Şəhidlər xiyabanında

Paralimpiya komandası Fəxri xiyaban və Şəhidlər xiyabanında

“Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Mediasport.az xəbər verir ki, komanda üzvləri əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər, məzarı önünə gül və əklil qoyublar.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.